• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3212
— 21.01.2016 11:44

Yol qəzaları və onların acı nəticələri

Sumqayıtda toydan gələn şəxslərin qəzaya düşməsi nəticəsində bir ailənin iki üzvü dünyasını dəyişib. Oğuzda da sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib. İdarə etdiyi avtomobili ağaca çırpan sürücü hadisə yerindəcə ölüb. Daha bir ölüm faktı Abşeronda qeydə alınıb, bu dəfə sürücü dünyasını dəyişib.

Sumqayıt şəhərində baş verən yol qəzası faciə ilə nəticələnib. 26 yaşlı Siyasət Bağırovun idarə etdiyi avtomobil başqa bir maşınla toqquşub. Avtomobildə olan sərnişin 25 yaşlı Vüsal Orucov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişinlər - 23 yaşlı Aynurə Rzayeva, 26 yaşlı Vüqar Orucov, onun həyat yoldaşı Tutu Orucova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Tutu Orucovanın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, avtomobildə olan şəxslər bir ailənin üzvləridirlər. Məlumata görə, onlar ad günü mərasimindən qayıdırmış.

Oğuz rayonunun Bucaq kəndində şəhər sakini Vüqar Rəcəbov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə o, hadisə yerində ölüb. İlkin ehtimala görə, hadisəyə səbəb yüksək surət olub.

Abşeronda baş verən daha bir qəzada iki nəfər xəsarət alıb. Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində Elmar Hüseynovun idarə etdiyi “Mersedes” və Ramil Dursunova məxsus “VAZ-2106” markalı maşın toqquşub. Zərbənin təsirindən “Mersedes” yolayırıcına çırpılıb, daha sonra yolun əks istiqamətində təmir aparılan sahəyə düşüb. "Mersedes"in sürücüsü Elmar Hüseynov ağır xəsarətlər alıb. Onu deformasiyaya uğramış avtomobildən FHN-in xilasediciləri çıxarıblar. Yaralı sürücü xəstəxanaya aparılıb. İlkin ehtimala görə, qəzaya “Mersedes”in sürücüsünün sürət həddini aşması və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

İmişlidə isə zəncirvari yol qəzası baş verib. Hadisə şəhərin Nəriman Nərimanov və Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində qeydə alınıb. Yol ayrıcına yaxnlaşan “Mersedes” markalı minik maşını “VAZ-2107” ilə toqquşub. Nəticədə avtomobillərdən biri yolda dayanan “VAZ-21011” markalı avtomobilə dəyib. Qəza zamanı xəsarət alan olmasa da, hər üç avtomobil yararsız hala düşüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

 

İlham Məmmədzadə