• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1291
— 20.01.2016 13:49

Sumqayıtda ad günü mərasimindən qayıdan ailənin 2 üzvü yol qəzasında dünyasını dəyişib

Sumqayıt şəhərində baş verən yol qəzası faciə ilə nəticələnib. 26 yaşlı Siyasət Bağırovun idarə etdiyi avtomobil başqa bir maşınla toqquşub. Avtomobildə olan sərnişin 25 yaşlı Vüsal Orucov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişinlər - 23 yaşlı Aynurə Rzayeva, 26 yaşlı Vüqar Orucov, onun həyat yoldaşı Tutu Orucova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Tutu Orucovanın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, avtomobildə olan şəxslər bir ailənin üzvləridirlər. Məlumata görə, onlar ad günü mərasimindən qayıdırmış.

Vüsalə Camal