• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 21.01.2016 19:03

Dənizdə qalan 3 balıqçı xilas edilib

Sərhədçilər Xəzər dənizində qayıqla çətin vəziyyətdə qalan balıqçıları xilas ediblər.  3 dənizçidən ibarət qayığın qayıtmaması ilə bağlı Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Mayak” sahil nəzarəti məntəqəsinə məlumat daxil olub. Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmilərinin axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 3,8 mil aralıda qalan balıqçı qayığı aşkar edilib.  Neftçala rayon Kürkənd kənd sakinləri Taleh Əhmədov, İxtiyar Şirəliyev və Bəxtiyar Ağacanov xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar. 

Vüsalə Camal