• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 19.01.2016 20:03

Neftçalada 20 gün əvvəl itkin düşmüş qadının meyidi tapılıb

Bu gün səhər saatlarında Neftçalada 20 gün əvvəl itkin düşmüş qadının meyidi tapılıb. Neftçala sakini, 51 yaşlı Xoşbəxt İmanovanın meyidi yaxınlıqda yerləşən göldə aşkar edilib. Meyit Neftçala rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzində müayinə edilib. İlkin rəyə görə, ölümə səbəb suda boğulma əlamətləri olub. Qadının üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

İlham Məmmədzadə