• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 19.01.2016 20:19

Göyçay rayonunda qoyun sürüsü canavarların hücumuna məruz qalıb

Hadisə rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakinlərinə məxsus qoyunlar otlaq sahəsində olarkən qəflətən canavarlar onlara hücum edib. Qoyun sürüsünün nəzarətçisi hadisədən gec xəbər tutduğundan canavarlar 7 nəfərə məxsus 15 başa yaxın qoyunu yaralayıblar. Tələfat qeydə alınmayıb. Sakinlər bildiriblər ki, qış aylarında vəhşi heyvanların tez-tez kəndə hücum edərək təsərrüfata ziyan vurması adi hal alıb.

İlham Məmmədzadə