Şəki şəhərində bir neçə gün öncə sirkə turşusundan zəhərlənən şəhər sakini dünyasını dəyişib. Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, dalan 4, ev 13 ünvanında yaşayan 55 yaşlı Ramiz Həmzəyev yanvarın 14-də Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ramiz Həmzəyevin yaşadığı ünvanda sərxoş vəziyyətdə səhvən sirkə turşusu qəbul etdiyi bildirilir. Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 583