• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 15.01.2016 01:44

Samux,Göygöl və Gəncədə baş verən qəzalarda 4 nəfər yaralanıb

Samux, Göygöl və Gəncədə yol qəzası baş verib. Qəzalar zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Samux rayonun Çobanabdallı kəndinə gedən yolda  qəza baş verib. 38 yaşlı Ramin Məmmədov idarə etdiyi VAZ 2106 markalı avtomobillə yolun kənarında dayanan Mersedes markalı avtomobili vurub. VAZ-ın sürücüsü və Çobanabdallı kənd sakini 30 yaşlı Zəfər Məmmədov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Mehman Hüseynov - həkim: “Xəstənin birini yoldan ötən avtomobil gətirib, o birisi isə Samux rayon Təcili Tibbi Yardım birqadası tərəfindən  daxil olub. Avtomobilin sürücüsünün hal hazırda ümumi vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Döş sümüyünün hər iki tərəfdən qabırğalarının çox saylı sınığı ilə daxil olub. İkinci sərnişin isə hal hazırda şöbəmizdədir döş qəfəsinin küt travmasıdır. Alın nahiyyəsinin çapılmış yarası ilə şöbəmizdə müalicəsi davam etdirilir”.

Bakı - Qazax magistralının 365-ci kilometrliyində, Göygöl rayonu ərazisində baş verən qəza da xəsarətlə nəticələnib. Bakı sakini 39 yaşlı Anar Məmmədov TIR  markalı yük avtomobili ilə Şəmkir rayon sakini 35 yaşlı Nadir Mustafayevin içində mişar daşı apardığı  Kamaz markalı yük avtomobilini arxadan vurub.   Qəza zamanı TIR-ın sürücüsü və sərnişin, Bakı şəhər sakini 35 yaşlı Emin Məmmədov xəsarət alıb. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. TIR-da olan sərnişinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Mehman Hüseynov - həkim: “Göygöl rayonu ərazisindən yol nəqliyyat hadisəsindən iki nəfər şöbəmizə daxil olub. Onlardan birinin ümumi vəziyyəti ağır oldub, daxili qanaxma şübhəsi olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. O birinin vəziyyəti orta ağırdır, şöbəmizdə müalicə və müayinəsi davam etdirilir. Xəstələri Fövqəlada Hallar  Nazirliyinin tibbi xidmət  hissəsinin əməkdaşlarının köməkliyi ilə gətirilib”.

Gəncədə isə iki avtomobil toqquşub. Hadisə şəhərin Ozan küçəsi ilə Firdovsi küçəsinin kəsişməsində baş verib. Mersedes markalı avtomobilin sürücüsü Ozan küçəsi ilə hərəkətdə olarkən VAZ 2106 markalı avtomobil qəfildən onun yoluna çıxıb. Mersedes yararsız hala düşsə də, xəsarət alan olmayıb.

 

Bakıda bir gecədə iki piyadanı maşın vurdu

Ötən gecə Bakıda iki piyadanı maşın vurub. Hər iki hadisəni törədən sürücünün kimliyi hələlik məlum deyil.Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yol qəzası qeydə alınıb. 32 yaşlı Elməddin İmranov yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı təcili yardım vasitəsi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib və ona dərhal müdaxilə edilib.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisədən sonra qaçıb. Hazırda avtomobilin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Digər piyadavurma hadisəsi isə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. 56 yaşlı İradə Babazadə yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub. O, təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Məlumat üçün bildirək ki, İradə Babazadəni vuran avtomobil də hələlik müəyyən olunmayıb. Faktı Xəzər rayon Polis İdarəsi araşdırır.

Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu, Elgün İsaoğlu