Hadisə rayonun Dəliməmmədli şəhəri 1 may küçəsində qeydə alınıb. Sərxoş şəxs şəxsi münasibətlər zəminində mübahisə etdiyi qonşusu 33 yaşlı kənd sakini Ramin Abdullayevə baş nahiyəsindən daşla xəsarət yetirib. Zərərçəkən yaxınlarının köməkliyi ilə Gəncə şəhər TTYX-na aparılıb. Abdullayev tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır-stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 698