• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 08.01.2016 18:31

Şamaxıda qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. Nəticədə üzərində və mənzilində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Naseh Seyidovdan “Brauninq 1900” markalı tapança götürülüb. Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq “TOZ-1” markalı ov tüfəngi və 17 ədəd patron da aşkar edilərək götürülüb. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat  tədbirləri davam etdirilir.