• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 08.01.2016 14:31

Gəncədə kafedra müdirinin evinə basqın edən dəstə zərərsizləşdirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Qəmbər Abdullayevin evinə basqın edən dəstə zərərsizləşdirilib. Gəncə polisinin həyata keçirdiyi tədbirlər nəticəsində 4 nəfər tutularaq istintaqa təhvil verilib.

Gəncədə evə basqın etməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstənin üzvlərini polis istintaqa cəlb edib. Yanvar ayının 5-də Gəncə sakini Qəmbər Abdullayevin evinə basqın edən şəxslər isti izlərlə elə həmin gün saxlanılıb.

Saxlanılan şəxslər ev sahibinə və onun oğluna küt alətlə xəsarət yetirərək pul vermələrini tələb edib, lakin istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər. 

Saxlanılanlardan Samir Əsgərovun üzərindən 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram çəkidə marixuana da götürülüb. Faktla bağlı Gəncə şəhər baş polis idarəsi tərəfindən istintaq aparılır. Bildirək ki,  Qəmbər Abdullayev Azərbaycan Dövlət Aqrar Universitetinin Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedrasının müdiridir.

Vəfa Şairova