• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1111
— 07.01.2016 18:38

İrandan Azərbaycana daxili orqanında küllü miqdarda heroin keçirən şəxs tutulub

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, rayonun Şahağacı kənd sakini, 33 yaşlı Ramil Qurbanov saxlanılıb. Saxlanılan heroini İrandan Azərbaycana öz daxili orqanında keçirib. Məlumat əsasında Ramil şübhəli şəxs qismində saxlanılıb. O, xəstəxanaya aparılıb və həkim nəzarəti ilə daxili orqanından yeddi bükümdə, ümumi çəkisi 50 qram olan heroin aşkar olunaraq maddi sübut kimi götürülüb. O, istintaqa narkotik vasitəni İran vətəndaşı Hüseyn adlı şəxsdən aldığını deyib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

İlham Məmmədzadə