• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 02.01.2016 15:48

Gəncədə xeyli sayda narkotik vasitələr aşkar edilib

Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 42 yaşlı Xəqani Zeynalov Gəncə şəhər Atatürk prospektində şübhəli şəxs qismində saxlanılıb.  Onun üzərinə baxış zaman gödəkçəsinin cibindən 28.2 qram tiryək aşkarlanaraq götürülüb. Xəqani Zeynalovun yaşadığı ünvana baxış keçirilərkən, evdən 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapança, üzərində olan sandıqca və 3 ədəd güllə, 1 kq 50 qram tiryək və ümumi çəkisi 29 kq olan marixuana aşkarlanaraq götürülüb. Əvvəllər də Cinayət Məcəlləsinin 3 maddəsi ilə  məhkumluq həyatı yaşayan Xəqani Zeynalov əldə etdiyi psixatrop maddələri satmaq istəmədiyini bildirib. Bundan başqa Gəncə şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xaliq Cəlalov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən ümumi çəkisi 102 qram olan tiryək, evindən isə ümumi çəkisi 5 kq 200 qram olan maruxana aşkarlanaraq götürülüb.

Əvvəllərdə 4 dəfə məhkumluq həyatı yaşayaraq ömrünün 20 ilini həpsdə keçirən Xaliq Cəlalov narkotik vasitələr öz istifadəsi üçün əldə etdiyini bildirib.

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

 

Xaliq Qurbanlı