Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.10.2026 12:13

Ağstafada məktəbdə müəllimlər arasında dava olub

Ağstafa şəhər 1 saylı tam orta məktəbdə iki ibtidai sinif müəllimi arasında mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə müəllimlərdən biri, 1981-ci il təvəllüdlü qadın xəsarət alıb. TƏBİB-in məlumatına görə, ona tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb.DİN-in məlumatına görə, hadisə ilə bağlı Ağstafa Rayon Polis Şöbəsində ekspertiza təyin edilməklə araşdırma aparılır. Mübahisənin dərs bölgüsü ilə bağlı olduğu bildirilir.