Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.09.2026 17:27

Motosiklet piyadanı vuraraq öldürüb

Salyanda Elmir Zeynalovun idarə etdiyi motosiklet yolu keçən piyada 1960-cı il təvəllüdlü Zəfər Vəliyevi vuraraq öldürüb.Qubanın Mirzəqışlaq kəndində iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.Cəlilabad şəhərində isə “VAZ 21011” dönərkən arxadan gələn “Mercedes” ona çırpılıb. Zərbədən “VAZ 21011” əks istiqamətdə hərəkət edən “VAZ 2106” ilə toqquşub. Qəza nəticəsində 4 nəfər – 1980-ci il təvəllüdlü Mirzəzadə Cəlal, 1979 təvəllüdlü Quliyev Elçin və iki yeniyetmə qız xəsarət alıb. Faktlarla bağlı araşdırma aparılır.