Bu günə xəbərlərin oxunma sayı: 666
— 31.08.2026 16:02

Öz iş yerindən 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxs saxlanılıb

Bakının Qaradağ rayonunda fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarlarını oğurlamaqda şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı R.Rəsullunun həmin anbarda işlədiyi məlum olub.Faktla bağlı araşdırmalar davam etdirilir.