Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.06.2026 17:30

DÇ 2026-da 1/16 final mərhələsinin qarşılaşmaları davam edir

Bu gün dünya çempionatında daha üç qarşılaşma keçiriləcək. Saat 21:00-da Fil Dişi Sahili Norveçlə üz-üzə gələcək. Gecə saat 01:00-da Fransa İsveçi sınağa çəkəcək. Səhər saat 05:00-da Meksika Ekvadorla qarşılaşacaq. Bu görüşlərin qalibləri 1/8 final mərhələsinə vəsiqə qazanacaqlar.