Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.06.2026 10:23

Türkiyə XİN İsrail hökumətinin qərarını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsini dəstəkləyərək Knessetə təqdim etməsini pisləyib. Rəsmi Ankara bildirib ki, İsrail hökuməti qəbul etdiyi sonuncu siyasi qərarla öz cinayətlərini ört-basdır etməyə çalışır. Türkiyə İsrailin regiondakı genişlənməyə yönəlmiş və sabitliyi pozan siyasətinə son qoyulması üçün qətiyyətlə çalışmağa davam edəcək.Qeyd edək ki, İsrail hökuməti 1915-ci il qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanımaq üçün səs verib.