Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.06.2026 10:22
Hörmüz boğazında gəmiçiliyin bərpası aylar çəkəcək
ABŞ və İran qarşılıqlı hücumları dayandırmaq barədə razılığa gəlib. Məlumata görə, tərəflər çərşənbə axşamı Qətərin paytaxtı Doha şəhərində Hörmüz boğazı ilə bağlı vəziyyəti müzakirə edəcəklər.Yaponiyanın gəmiçilik şirkətinin rəhbəri bildirib ki, Hörmüz boğazında minaların təmizlənməsi aylarla çəkə bilər.Atəşkəs qüvvədə olsa belə, gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qayıtması uzun zaman alacaq. Hazırda gəmilər yalnız məhdud marşrutlardan istifadə edə bilir və yükdaşımaların həcmi hələ bir müddət normal səviyyədən aşağı qalacaq.
- Baxış: 54
