Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.06.2026 10:22

Pakistan təhlükəsizlik qüvvələri 29 terrorçunu öldürüb

Pakistanın Hayber-Paxtunxva əyalətində, Əfqanıstanla sərhəd bölgəsində keçirilən antiterror əməliyyatı zamanı 29 yaraqlı öldürülüb.Pakistanın informasiya və yayım naziri Attaullah Tararın sözlərinə görə, kəşfiyyat məlumatları əsasında həyata keçirilən əməliyyat çərçivəsində yaraqlıların üç obyekti, eləcə də silah və sursat anbarları məhv edilib.Rəsmi İslamabad ölkənin təhlükəsizliyinə təhdidlər aradan qalxana qədər antiterror əməliyyatlarının davam edəcəyini bildirib.