Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.06.2026 16:07

Dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb

Bakının Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.FHN-in Sularda Xilasetmə dalğıcları tərəfindən 1991-ci il təvəllüdlü Namiq Əzimov və 2005-ci il təvəllüdlü Elnur Əbdülovun meyiti sudan çıxarılıb. 2003-cü il təvəllüdlü Pərviz Məcidov və 2007-ci il təvəllüdlü Elmar Əbdülovun axtarışları isə davam etdirilir.