Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.06.2026 10:46
"Qarabağ" beşinci transferini edib
“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Xorvatiyanın “Riyeka” klubundan bosniyalı qapıçı Martin Zlomisliçi transfer edib. 27 yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. O, komandada 23 nömrəli formanı geyinəcək.Bosniya və Herseqovina millisinin üzvü olan Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edir.
Zlomisliç yay transfer pəncərəsində “Qarabağ”ın beşinci transferi olub.
- Baxış: 43
