Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.06.2026 10:40

Ölkədə ağır yol qəzaları baş verib

Astarada Tərlan Eyvazovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.Qəza nəticəsində sürücü Tərlan Eyvazov hadisə yerində həyatını itirib.Avtomobildə sərnişin qismində olan 1977-ci il təvəllüdlü Azər Rzayev, 1980-ci il təvəllüdlü İbrahim Məmmədov və 1980-ci il təvəllüdlü Nazim Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Ağdamda hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü isə idarəetməni itirib və nəticədə avtomobil yol kənarında olan 4 piyadanı vurub.Hadisə zamanı 1979-cu il təvəllüdlü Mələk Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Hümbətov, 1981-ci il təvəllüdlü Məhbubə Zeynalova və 2022-ci il təvəllüdlü Etibar Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların üçü bir ailənin üzvüdür .Faktlarla bağlı araşdırma aparılır.