Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.06.2026 14:08

Premyer Liqa klubları heyətlərini yeniləyir

"Qəbələ" klubu Fildişi Sahilindən olan futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb. Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb. Futbolçu 2025-ci ilin yayından komandada çıxış edirdi. "Şəfa" isə daha bir futbolçu transferini rəsmiləşdirib. Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb.25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb. O, son olaraq "Şamaxı"da çıxış edib.