Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.05.2026 17:33

Göyçayda 14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Göyçayda 14 il əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb.Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 2012-ci il dekabrın 21-də Göyçay şəhərində yerləşən evdə aşkar olunan kişi meyiti ilə bağlı aparılan geniş istintaq nəticəsində cinayətin qəsdən törədildiyi müəyyən edilib.İstintaqla 1932-ci il təvəllüdlü Rza Ağayevin pul vəsaitinin ələ keçirilməsi məqsədilə öldürüldüyü üzə çıxıb.Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.