Bu günə xəbərlərin oxunma sayı: 666
—
25.05.2026 10:19
Qurban bayramı ilə bağlı fətva verildi
Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə bağlı fətva verib.Fətvada bildirilib ki, bu il Qurban bayramı mayın 27-nə təsadüf edir və qurban kəsimi üç gün davam edə bilər. Həmin gün ölkə məscidlərində bayram namazı qılınacaq.Qurbanlıq heyvan sağlam və kəsimə yararlı olmalı, kəsim isə sanitariya qaydalarına uyğun həyata keçirilməlidir. Azərbaycanda Qurban bayramı günləri dövlət tərəfindən qeyri-iş günü elan olunub.
- Baxış: 77
