Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.05.2026 10:13

Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar

Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında Azərbaycan sərbəst güləş millisi yarışı 6 medalla başa vurub.Yusif Abdullayev Avropa çempionu olub. Elman İsmayılov və Adəm Quliyev gümüş medal qazanıblar.Bürünc medalları isə Məhəmməd Kərimov və Yusif Hüseynov əldə ediblər.Daha əvvəl Elvin Nəcəfzadə də qızıl medal qazanmışdı.