Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.05.2026 10:20

Donald Trump: İran ya razılığa gələcək, ya da məhv olacaq

ABŞ Prezidenti Donald Trump İranın Vaşinqtonla razılığa gəlməli olduğunu, əks halda ciddi nəticələrlə üzləşəcəyini bildirib. Tramp həmçinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının davam edəcəyini açıqlayıb.O, Çin lideri Si Cinpinlə danışıqlarda Pekinin İrana silah verməyəcəyinə dair təminat aldığını da deyib.İranın xarici işlər naziri Abbas Araghchi isə ABŞ-nin təhdidlərinin nəticəsiz qalacağını bildirib və Tehranın təzyiqlərə boyun əyməyəcəyini vurğulayıb.Qeyd edək ki, ABŞ, İsrail və İran arasında aylardır davam edən gərginlik regionda enerji böhranını daha da dərinləşdirib.