Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.05.2026 12:07

"mygov" platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

Mygov platforması üzərindən təqdim olunan təhsil xidmətlərinin sayı artırılıb. Yeni xidmətlər arasında ali məktəblərin bakalavriat, magistratura və rezidentura səviyyələrinə qəbul olunanların qeydiyyatı, orta ixtisas və məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu yer alır. Yenilik təhsilalanlar və valideynlər üçün qeydiyyat prosesini daha sürətli və rahat edəcək. Xidmətlər platformanın “Təhsil” bölməsində əlçatandır.