Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.05.2026 17:51
Lənkəranda zəncirvari qəza olub
Lənkəranda Səhəd Dədəyev "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə dönmə əməliyyatını yerinə yetirərkən İran vətəndaşı Yasir Əzizadənin idarə etdiyi "Volvo" markalı yük avtomobili həmin maşına çırpılıb. Bundan sonra idarəetməni itirən "VAZ-2107" markalı minik avtomobili Əli Ramazanovun idarə etdiyi "Toyota Prius" markalı minik avtomobilinə, daha sonra isə yolun kənarındakı dirəyə dəyib. Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 200
