Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.05.2026 14:11

XİN: Rusiyanın dövlət kanalında Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi qəbuledilməzdir

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın “1-ci kanal”ında yayımlanan verilişdə Azərbaycanın təhrif olunmuş xəritəsinin göstərilməsinə etiraz edib. XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, xəritədə qondarma “Dağlıq Qarabağ” ifadəsinin yer alması təxribat və siyasi manipulyasiyadır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub və bu, beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən tanınır.XİN Rusiya tərəfini məsələ ilə bağlı izahat verməyə və belə halların təkrarlanmaması üçün tədbir görməyə çağırıb.