Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.05.2026 12:12
Azərbaycanda talassemiya diaqnozu qoyulan 3209 nəfər rəsmi qeydiyyatdadır
Azərbaycanda talassemiya diaqnozu qoyulan 3209 nəfər rəsmi qeydiyyatdadır.Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.Qeydiyyatda olan xəstələrdən 1654 nəfəri kişi, 1555 nəfəri isə qadındır.Talassemiya daşıyıcıları dispanser qeydiyyatına alınmır, çünki onlar sağlam şəxslər hesab olunur. 2015-ci ildən etibarən yeni ailə quran şəxslər arasında talassemiya daşıyıcılığının müəyyən edilməsi üçün müayinələr aparılır və ölkə üzrə daşıyıcılıq göstəricisi təxminən 4 faiz təşkil edir.Hazırda təxminən 300 nəfər talassemiyalı pasiyent sümük iliyi transplantasiyası üçün gözləmə siyahısındadır. Qeyd edək ki, 8 May – Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur.
- Baxış: 70
