Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.05.2026 17:41

İlham Əliyev mədəniyyət və incəsənət xadimlərini mükafatlandırdı

Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimləri ilə bağlı iki sərəncam imzalayıb.Sərəncamlara əsasən, 140-dan çox incəsənət nümayəndəsinə Prezident mükafatı verilib, 11 mədəniyyət xadimi isə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Təltif olunanlar sırasında aktyorlar, musiqiçilər, rəssamlar və digər sənət adamları yer alıb.