Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.05.2026 14:08

Beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya ediləcək

Qəsdən adam öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elşən Şamilovun Azərbaycana ekstradisiya ediləcək. Baş Prokurorluğun məlumatına görə, o, 1993-cü ildə Bakı şəhərində tamah məqsədilə törədilən qətl və digər cinayətlərdə şübhəli bilinir.Şamilov 2025-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib və Almaniyada saxlanılıb. Hazırda onun ölkəyə gətirilməsi istiqamətində tədbirlər görülür.