Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.05.2026 10:42
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Bu gün saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Valideynlər eyni tarixdən etibarən məktəb və müəllim seçimini həyata keçirə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək.Prioritet bölgələr sırasında Gəncə şəhəri də yer alır.Tədrisi digər dillərdə aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat mayın 6-dan 18-dək davam edəcək.Bu il 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq birinci sinfə keçirilib.
- Baxış: 73
