Pit Heqset: Hörmüz boğazından keçid zamanı İranın sərhədləri pozulmayacaq
ABŞ müharibə naziri Pit Heqset mətbuat konfransında bildirib ki, ABŞ hərbi qüvvələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi zamanı İranın su və hava məkanına müdaxilə etməyəcək.Vaşinqtonun əsas məqsədi gəmiçiliyi mümkün təhdidlərdən qorumaqdır və ABŞ-nin İran ərazisinə daxil olmasına ehtiyac yoxdur.Heqset vurğulayıb ki, ABŞ münaqişə istəmir, lakin ticarət gəmilərinə hücum olacağı təqdirdə İranın ciddi cavabla üzləşəcəyi barədə xəbərdarlıq edib.Hazırda yüzlərlə ticarət gəmisi ABŞ-nin təklif etdiyi müşayiət və təhlükəsizlik dəstəyindən istifadə etməyə hazırlaşır. Bu arada, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla münaqişə daha 2-3 həfə uzana bilər, hərçənd onun fikrincə amerikalı hərbçilər hərbi kampaniyanın əsas məqsədlərinə nail olublar.
- Baxış: 29
