Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.05.2026 17:41
"Gəncə"nin baş məşqçisi mövsümün yekunlarını şərh edib
"Gəncə" basketbol klubunun baş məşqçisi Halil Atlı mövsümün yekunlarını şərh edib. Mütəxəssis bildirib ki, komandanın çıxışından razıdır və oyunçuların yaxşı performans göstərdiyini, bir çoxunun digər klubların diqqətini çəkdiyini qeyd edib. Qarşıya qoyulan hədəflərdən biri ölkə kubokunu qazanmaq olub və bu məqsədə çatılıb. O, həmçinin liqada ilk “üçlük” və avrokuboklara vəsiqə hədəfinin də olduğunu bildirib. Baş məşqçi gələcək mövsümlə bağlı qərarın klub rəhbərliyindən asılı olduğunu deyib və büdcəyə uyğun dəyişikliklərin ola biləcəyini qeyd edib.
- Baxış: 49
