Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.05.2026 17:38

Bakıda evlərdən oğurluq edənlər saxlanılıb

Bakının Nizami rayonunda evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlamaqda şübhəli bilinən 24 yaşlı M. Abbasov saxlanılıb. O, qonaq olduğu qohumunun evində ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq edib. Nərimanov rayonunda da evlərin birindən 3060 manat oğurlamaqda şübhəli bilinən 34 yaşlı Ə. Əzizi saxlanılıb. Onun usta kimi çalışdığı evdən pul vəsaitini taladığı müəyyən edilib.Faktlarla bağlı araşdırmalar davam etdirilir.