Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.04.2026 12:10

Gəncədə məktəbdə baş verən bıçalqanmanın təfərrüatları bilinib

Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, aprelin 29-da şəhərin 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb və nəticədə onlardan biri digərinə xəsarət yetirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, şagirdlərin valideynləri məktəbə çağırılaraq profilaktik söhbət aparılıb.Hazırda şagirdlərin psixoloji vəziyyəti izlənilir, məktəbdə maarifləndirici tədbirlərin görülməsi tapşırılıb. Araşdırma davam edir.