Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.04.2026 15:53

Azərbaycan avarçəkən "Prezident Kuboku 2026" reqatasında medal qazanıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan ilk medalını qazanıb.Tək nəfərlik kayak yarışında Əlimurad Hacızadə 200 metr məsafəyə yürüşdə gümüş medal əldə edib.2008-2009 təvəllüdlü idmançıların mübarizəsində Özbəkistan təmsilçisi qızıl, Almaniyadan olan idmançı isə bürünc mükafata sahib çıxıb.Reqatada Azərbaycanla yanaşı, daha 15 ölkədən 100-dən çox idmançı iştirak edir. Yarışa mayın 1-də yekun vurulacaq.