Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.04.2026 14:10

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirən şəxs tutuldu

Bakıda Xətai rayonunda 23 yaşlı H.Nəsibli gələcək qayınanasına məxsus ümumilikdə 22 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Daha əvvəl dələduzluqla bağlı məhkum olunan şəxsin oğurladığı qızılları sataraq əldə etdiyi pulla nişan mərasimi təşkil etdiyi və nişanlısına hədiyyələr aldığı müəyyən edilib. Faktla bağlı araşdırma davam etdirilir.