Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.04.2026 16:12

Gəncədə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğu və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub.Əvvəlcə Uşaq Rəssamlıq və İncəsənət məktəbinin şagirdlərinin sərgisinə baxış olub.  Proqramda “Xəmsə” nağara ansamblı, uşaq musiqi məktəblərinin kollektivləri və “Gəncəm” vokal triosu çıxış edib.