Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.04.2026 15:49

Dövlət Xidməti rüşvətlə bağlı əməliyyat keçirib, iki vəzifəli şəxs saxlanılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.Onlar rüşvət almaqda ittiham olunur. Daha bir neçə rayon şöbəsində də əməliyyatın keçirildiyi bildirilir.