Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.04.2026 10:09

Avropa çempionatında təmsilçilərimiz bu gün yarışacaq

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinalda Gürcüstan təmsilçisinə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə rusiyalı rəqibi ilə qarşılaşacaq.Digər Azərbaycan güləşçiləri Nihat Məmmədli bürünc medal, Həsrət Cəfərov isə qızıl medal uğrunda döşək üzərinə çıxacaq.Medal görüşləri sabah baş tutacaq. İki qadın güləşçimiz də Avropa çempionatında bu gün mübarizəyə start verəcək. 50 kiloqram çəki dərəcəsində Elnurə Məmmədova təsnifat mərhələsində polşalı rəqibi ilə, 59 kiloqramda Günay Qurbanova isə 1/4 final mərhələsində Almaniya təmsilçisi ilə qarşılaşacaq.Avropa çempionatı aprelin 26-da yekunlaşacaq.