Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.04.2026 14:19

Kallas: Azərbaycanla Ermənistan arasında normallaşma Aİ-nin Cənubi Qafqaz üzrə prioritetidir

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələsi bu gün Lüksemburqda keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasının əsas gündəm mövzularından biri olub.Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Aİ Bakı və İrəvan arasında dialoqu Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin olunması üçün əsas amil kimi qiymətləndirir.