Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.04.2026 14:18

İran ABŞ ilə hərbi münaqişəni davam etdirməyə hazırdır

İran Silahlı Qüvvələri bəyan edib ki, hər hansı təcavüzkar addımların təkrarlanacağı halda dərhal və qətiyyətli cavab verməyə hazırdır.“Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bildirib ki, Tehran hərbi sahədə, o cümlədən Hörmüz boğazına nəzarət istiqamətində üstünlüyünü qoruyur və ABŞ-nin “yanlış narrativlər” yaymasına imkan verməyəcək.Məlumata görə, İranla ABŞ arasında atəşkəs aprelin 22-də başa çatır. Bu müddət ərzində tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edib və Fars körfəzində dəniz daşımalarına nəzarət gücləndirilib.Aprelin 20-si gecə saatlarında ABŞ hərbi gəmisi tərəfindən Oman körfəzində İran bayrağı altında üzən yük gəmisinin ələ keçirildiyi, buna cavab olaraq isə İranın ABŞ gəmilərinə dronlarla hücum etdiyi iddia olunur.