Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.04.2026 12:14

İranlı narkotacirlərə kuryerlik edənlər ələ keçdilər

Bakıda narkokuryerlikdə şübhəli bilinən Elnur Məmmədov və tanışı Elmar Balışovdan 14 kiloqramdan artıq tiryək və marixuana, Hikmət Kərimlidən 24 kiloqramdan çox marixuana, Vüsal İmanovdan 2 kiloqram 300 qram marixuana və 500 ədəd psixotrop tərkibli həb aşkarlanıb.Bundan əlavə, Mövlud Əliyevdən 7 kiloqramdan artıq marixuana və tiryək, Sənani Süleymanovdan isə 5 kiloqramdan çox marixuana və tiryək götürülüb. Ümumilikdə keçirilən əməliyyatlar nəticəsində 54 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələr vasitəsilə əlaqə saxladıqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini bildiriblər. Onların bu vasitələri paytaxt ərazisində yaymağı planlaşdırdıqları qeyd olunur.Faktlarla bağlı həbs qətimkan tədbiri seçilib.