Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.04.2026 10:11

Ölkə ərazisində baş verən qəzalar faciəsiz ötüşməyib

Lənkəranda 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən və ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib və magistraldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.Qəza nəticəsində sürücü xəsarət alıb, sərnişin, 1985-ci il təvəllüdlü Nail Sehran oğlu həyatını itirib. Eyni ərazidə daha bir yol qəzası da baş verib. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hadisə yerində yolu əks istiqamətə keçmək istəyən piyada, 1985-ci il təvəllüdlü Sərraf Eldar oğlu Ağayevi vuraraq xəstəxanalıq edib.Sabirabadda isə “VAZ 2107” markalı avtomobil yolun kənarı ilə hərəkət edən 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurarq öldürüb.Faktlar araşdırılır.