Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.04.2026 14:13
Ölkədə narkotiklərlə mübarizə və müalicə proqramına dair yeni statistika açıqlandı
Azərbaycanda narkotiklərlə bağlı müalicə və profilaktika tədbirləri davam etdirilir. Məlumata görə, metadonla əvəzedici müalicə proqramı çərçivəsində 3 mərkəzdə ümumilikdə 698 xəstə müalicə alır. Eyni zamanda, Daxili İşlər Nazirliyi tərəfindən 21 mindən çox şəxs müayinəyə yönləndirilib, onlardan 736 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib. Qeyd olunur ki, İİV-ə yeni yoluxma hallarında azalma müşahidə edilir və yoluxanların 15-i inyeksion narkotik istifadəçiləridir.
- Baxış: 112
