Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.04.2026 17:40
Bakıda binada partlayış olub
Nəsimi rayonunda yeni tikilən binada kondisioner mühərrikinə qaz doldurularkən partlayış olub. Nəticədə 34 yaşlı Ömər Məhərrəmli 15-ci mərtəbədən yıxılaraq hadisə yerində həyatını itirib.Ölən şəxsin usta olduğu bildirilir.Hadisə zamanı daha iki nəfər - 40 yaşlı kişi və 29 yaşlı qadın xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 43
