Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.04.2026 10:21

Hörmüzdə gərginlik davam edir: ABŞ blokadaya hazırlaşır, İran sərt cavab verir

ABŞ Prezidenti Donald Trump Hörmüz boğazının blokadasına hazırlaşdıqlarını açıqlayıb. Qərar İranla danışıqların nəticəsiz qalması fonunda verilib. Vaşinqton Tehranın geri çəkilməyəcəyi təqdirdə təzyiqləri artırmağa hazırdır.Hörmüz boğazı ilə bağlı gərginlik neft bazarına da təsir edib. Neftin qiyməti 105 dolları keçib.İran tərəfi isə sərt mövqe nümayiş etdirərək, ABŞ və müttəfiqlərinin bu su yolundan istifadəsinə məhdudiyyət qoyula biləcəyini bəyan edib.Buna baxmayaraq, diplomatik səylər davam edir. Pakistanın vasitəçiliyi ilə yeni danışıqların keçiriləcəyi istisna olunmur.Qeyd edək ki, SEPAH bəyan edib ki, hər hansı hərbi gəminin Hörmüz boğazına yaxınlaşmasını ABŞ-nin elan etdiyi iki həftəlik atəşkəs rejiminin pozulması kimi qiymətləndirəcək.